İL UĞURLA BAŞLAYIB
“Ağsu Elektrik Şəbəkəsi”ndə (EŞ) elektrik təsərrüfatının fəaliyyətini daha da yaxşılaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha da keyfiyyətli təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. Bu baxımdan, enerji təsərrüfatında aparılan məqsədyönlü işlər artıq öz bəhrəsini verməkdədir. Hazırda rayon sutka ərzində fasiləsiz olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin edilir. Elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur.
Bu barədə “Ağsu” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilib. Bütövlükdə 2012-ci il ərzində 10 kV-lik xətlərin 11,7 km, 0,4 kV-lik xətlərin isə 26 km məsafəsi təmir olunub.
Şəbəkənin balansında olan 69-dan artıq transformator məntəqəsi təmir olunaraq istifadəsi bərpa olunub.
Qeyd edək ki, yenidənqurma işləri bu ildə də davam etdirilib. Belə ki, yanvar ayında 10 kV-lik xətlərin 0,3 km məsafəsi, 0,4 kV-lik xətlərin isə 0,7 km məsafəsi əsaslı təmir olunub. Şəbəkənin xidməti ərazisində 20 ədəd smart-kart tipli və 14 ədəd elektron sayğac quraşdırılıb. Hazırda təmir işləri davam etdirilir.
Mənbə onu da bildirdi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına az da olsa təsadüf edilir. Bu ilin yanvar ayında isə elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 20 akt tərtib olunub və 45,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Görülən tədbirlər nəticəsində elektrik enenjisindən qeyri-qanuni istifadə edənlərin sayı getdikcə azalır.