LERİK EŞ: REYDLƏR KEÇİRİLİR
“Elektrik Enerjisindən İstifadə Qaydaları”nın pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.
“Lerik Elektrik Şəbəkəsi”ndən müəssisəsin xidməti ərazisində keçirilmiş reydlər zamanı aşkar edilmiş qayda pozuntuları barəsində “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən il keçirilmiş reydlər zamanı 31 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 107,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 6,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 18 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Qey edək ki, cari ilin yanvar ayında isə müəssisə üzrə 6 qayda pozuntusu aşkar edilərək 38,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 14 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Mənbə onu da bildirdi ki, cari ilin yanvar ayında müəssisənin xidməti ərazisində 1,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 20 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 900 min kilovatsaata yaxın olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 13 faizdən çox olmuşdur.
Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə istehlak 18,6 milyon kilovatsaata yaxın olmuşdur. 2011-ci illə müqayisədə ödənişdə mütləq artım isə 8,4 faiz olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 13,3 milyon kilovatsaata yaxın və 7,5 faiz olmuşdur.
Mənbədən təmir işləri barəsində əldə etdiyimiz məlumata görə, son üç ay ərzində balans mənsubiyyətinə aid 10 kV-lik xətlərin 12,6 km-də əsaslı və cari təmir işləri həyata keçirilmişdir. 0,4 kV-lik xətlərin isə 1,1 km-i təmir olunmuşdur. Eyni zamanda müəssisənin xidməti ərazisində olan 13 TM-də müxtəlif təyinatlı təmir işləri reallaşdırılmış və bir transformator da əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.