KEÇƏN İLİN NƏTİCƏLƏRİ UĞURLU OLUB
“Şəki Elektrik Şəbəkəsi”ndə elektrik təsərrüfatının fəaliyyətini daha da yaxşılaşdırmaq, qış mövsümündə əhalinin elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. Bu baxımdan, enerji təsərrüfatında aparılan məqsədyönlü işlər artıq öz bəhrəsini verməkdədir.
“Şəki” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci ildə rayonun qəsəbə və kəndlərində müxtəlif gücdə yeni transformatorlar quraşdırılıb. Bütövlükdə ötən il ərzində 110 kV-lik xətlərin 22,5 km məsafəsi, 35 kV-lik xətlərin isə 9,5 km məsafəsi təmir edilib. Eyni zamanda, 10-6 kV-lik xətlərin 23 km-i, 0,4 kV-lik xətlərin isə 14 km məsafəsi təmir olunub. EVX-lərdə 137 ədəd dayaq yenisi ilə əvəz olunub.
Qeyd edək ki, ötən il ərzində 110 kV-lik «Şəki» yarımstansiyasında 25 MVA gücündə transformator əsaslı təmir edilib, həmçinin 65 transformator məntəqəsində təmir işləri aparılıb. Eyni zamanda 476 ədəd sayğac quraşdırılıb, 14,5 km uzunluğunda SİP kabel çəkilib. Hazırda təmir işləri davam etdirilir. Görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib, əhalinin elektrik enerjisi ilə təminatında müsbət dəyişikliklər yaradıb.
“Balakən” EŞ-dən əldə etdiyimiz məlumatda isə bildirilir ki, 2012-ci ildə rayonda elektrik verilişi sahəsində keyfiyyətin daha da yaxşılaşdırılması məqsədilə müxtəlif gücdə 3 transformator məntəqəsi quraşdırılıb. Bundan başqa, 83 transformator təmir edilib, transformator məntəqələrinə 46 ədəd ayırıcı quraşdırılıb. Eyni zamanda, EVX-lərdə də müxtəlif işlər görülüb. Belə ki, 6-10 kV-lik xətlərdə 16 km, 0, 4 kV-lik xətlərdə 17,6 km məsafədə təmir işləri aparılıb. İl ərzində ümumilikdə 790 ədəd sayğac quraşdırılıb.
Balakən rayonunda 2012-ci il ərzində 10 kV-lik xətlərdə 105 ədəd, 0,4 kV-lik xətlərdə isə 320 ədəd dəmir-beton dayaq basdırılıb. 0,4 kV-lik EVX-nin17 km hissəsi SİP kabellə əvəz olunub.