İSTİSMARIN SƏVİYYƏSİ YÜKSƏLDİLİB
“Zaqatala Elektrik Şəbəkəsi”ndə (EŞ) elektrik təsərrüfatının fəaliyyətini daha da yaxşılaşdırmaq, qış mövsümündə əhalinin elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. Bu baxımdan, enerji təsərrüfatında aparılan məqsədyönlü işlər artıq öz bəhrəsini verməkdədir.
Bu haqda “Zaqatala” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən il rayonun elektrik təsürrüfatında mühüm təmir-bərpa işləri aparılıb. Belə ki, 2012-ci ildə rayonun qəsəbə və kəndlərində müxtəlif gücdə yeni transformatorlar quraşdırılıb. Bütövlükdə ötən il ərzində 10 kV-lik xətlərin 18,7 km məsafəsi, 0,4 kV-lik xətlərin isə 21,5 km məsafəsi əsaslı təmir edilib. 10 kV-lik xətlərdə 21 ədəd dayaq yenisi ilə əvəz olunub. Həmçinin hesabat dövründə 76 ədəd KTM əsaslı, 287 ədəd TM cari təmir edilib. Qeyd edək ki, ümumilikdə 2350 ədəd sayğac quraşdırılıb, 2,7 km uzunluğunda SİP kabel çəkilib. Hazırda təmir işləri davam etdirilir.