ZƏRDAB EŞ: ƏSASLI VƏ CARİ TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİR

Image

Digər elektrik şəbəkələrin (EŞ) xidməti ərazilərində olduğu kimi, “Zərdab” EŞ-in də balans mənsubiyyətinə aid  olan transformator məntəqələrində və elektrik verilişi xətlərində (EVX) yenidənqurma, əsaslı və cari təmir işləri əvvəlcədən təsdiqlənmiş plan əsasında, qrafikə uyğun şəkildə həyata keçirilir. Ötən ildə olduğu kimi, cari ilin ilk ayında da bu işlər uğurla davam etdirilir.

Sözügedən EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin son üç ayında burada əhəmiyyətli işlər görülmüş və nəticədə 10 kV-lik “Sovxoz”, “Bıçaqçı”, “Seyidlər”, 0,4 kV-lik “Əlvənd”, “Ağamalılar”, “Çallı” və digər eyni gərginlikli HX-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və onların dayanıqlığı daha da möhkəmləndirilmişdir. Ümumiiyətlə, həmin bu xətlərin 5,7 km-ə yaxın hissəsi əsaslı və cari təmir olunmuşdur. Eyni zamanda sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan müxtəlif gücdə 25 transformator da təmir edilərk normal iş rejiminə gətirilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata görə, burada 2012-ci ilin dekabr ayında keçirilmiş reydlər zamanı 18 istehlakçının (bunun 5-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək, 52,9 min kilovatsaatdan artıq (bunun 4,3 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Ümumiyyətlə, ötən il ərzində müəssisə üzrə 146 (bunun 115-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir)  qayda pozuntusu aşkar edilərək 362,9 min kilovatsaatdan artıq (bunun 180,5 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 21,8 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 89 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Sonda onu da qeyd edək ki, müəssisənin xidmət ərazisində 2012-ci ilin dekabr ayında 3,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 1,8 milyon kilovatsaatdan artıq olmuşdur.

Yeri gəlmişkən, ötən il müəssisə üzrə istehlak 47,3 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci ilin eyni dövründəki ödənişdən mütləq 3 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 19,5 milyon kilovatsaata yaxın olmuş, ödəniş isə  2011-ci ilin eyni dövründəki ödənişlə müqayisədə 6 faizdən çox mütləq artmışdır.