XIRDALAN EŞ: TƏMİR İŞLƏRİ APARILIB

Image

“Xırdalan” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata  görə, tədbirlər planına uyğun olaraq ötən il müəssisənin xidməti ərazisində olan paylayıcı şəbəkələrdə və TM-lərdə yenidənqurma və təmir işləri uğurla başa çatdirilmiş və bu istiqamətdə işlər hazirda da davam etdirilir. O cümlədən, cari ilin son üç ayı ərzində Masazırda 146 və 125 saylı KTM-lərin gücü artırılmışdır. Belə ki,  I güc mərkəzində 250 KVA transformator 630 KVA ilə əvəzlıənmiş, II-də isə əlavə yeni 160 KVA transformator quraşdırılmışdır. Eyni zamanda 103 saylı KTM-də 400 KVA transformator yenisi ilə əvəzlənmiş, 10 kV-lik “Masazır Əsas” və “TM-18” HX-də KRN-nin qoşulması və yol kənarına çıxarılması üçün 9 dayaq basdırılmış və 6 km-dən artıq naqil çəkilmişdir. Bütün bunlarla yanaşı balans mənsubiyyətinə aid transformatorlara baxış keçirilmiş və yağın səviyyəsinin normallaşdırılması üçün onlara yağ əlavə olunmuşdur.

Qeyd edək ki, sözügedən gövrdə 10 kV-lik 12,4 km naqil və 1,1 km kabel xətti də yenilənmişdir. Eyni zamanda yenidənqurma işləri zamanı 8,4 km-dən artıq SİP kabel xətti  çəkilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, ötən ilin dekabr ayında burada 30,3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 4 faizdən çox mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 11,3 milyon kilovatsaata yaxın olmuşdur.  2011-ci ilin müvafiq dövrünə nisbətən ödəniş isə 5 faizə yaxın mütləq artmışdır.

Onu da qeyd edək ki, ötən il ərzində müəssisəsi üzrə 330,1 milyon kilovstsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Hesabat dövründə ümumi ödəniş 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12 faizdən çox mütləq artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 126,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmiş, ödənişdə isə 2011-ci illə müqayisədə mütləq artım 8 faizdən artıq olmuşdur.

Yeri gəlmişkən, müəssisənin xidməti ərazisində 2012-ci ilin dekabr ayında  keçirilmiş reydlər zamanı 295 qayda pozuntusu faktı (bunun 287-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 1 milyon 322,2 min kilovatsaatdan artıq (bunun 1 milyon 261,2 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 79,3 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Ümumiyyətlə, burada ötən il ərzində 1720-ə yaxın qayda pozuntusu (bunun 1620-dən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir)  faktı aşkar edilərək 7 milyon 240 min kilovatsaata yaxın (bunun 4 milyon 536,7 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 434,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 61 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.