SUMQAYIT EŞ: REYDLƏR KEÇİRİLB
İstehlakçılar arasında aparılan təbliğat işləri, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına qarşı reallaşdırılan yoxlama reydləri və israfçılıqla istifadənin aradan qaldırılması sayəsində ötən il, 2011-ci il ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır.
“Sumqayit Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2012-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 440-dan artıq istehlakçının (bunun 419-u məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 164,6 min kilovatsaata yaxın (bunun 872,9 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 69,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Qeyd edək ki, ötən il ərzində isə 3550-dən artıq qayda pozuntusu (bunun 3242-si məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 9 milyon 545,4 min kilovatsaatdan artıq (bunun 5 milyon 700,4 min kilovatsaatdan çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 572,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 66 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, 2012-ci ilin dekabr ayında müəssisənin xidməti ərazisində istehlakçılara 79,8 milyon kilovatsaata yaxın elektrik enerjisi ötürülmüşdür. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 17,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Ümumiyyətlə, burada ötən il ərzində 894,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 4 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 192,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmiş, ödənişdə mütləq artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faizə yaxın olmuşdur.
Mənbədən ötən ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri ilə bağlı əldə etdiyimiz məlumatda o da bildirilir ki, Stansiya Sumqayıt və Saray qəsəbəsində Üzümlük adlanan ərazilərdə yeni yaradılmış güc mərkəzlərində (TM-lərdə) 0,4 kV-lik şəbəkənin quraşdirilması işləri başa çatdırılmış, Ceyranbatan qəsəbəsində S. Quluyev küçəsində, 9-cu mkr-da bir neçə evin və digər ərazilərdə də sözügedən gərginlikli şəbəkənin yenidən qurulması həyata keçirilmişdir. Ümummiyyətlə burada sözügedən dövrdə 6-10 kV-lik 22,3 km-dən artıq kabel, 13,3 km naqil yenilənmişdir. Eyni zamanda 0,4 kV-lik şəbəkədə yenidənqurma işləri zamanı 27,4 km SİP kabel xətti cəkilmiş və 6-10-0,4 kV-lik şəbəkələrdə ümumilikdə 40-a yaxın dayaq dəyişdirilmişdir. Bütün bunlarla yanaşı 45 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 3 transformator da əsaslı təmir edilmişdir.