“QAZAX EŞ”: TƏMİR İŞLƏRİ APARILIR
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə “Qazax” elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, müəssisə üzrə ötən ilin dekabr ayında ümumilikdə 6,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Hesabat dövründə ümumi ödəniş isə 2011-ci ilin eyni dövründəki ödənişdən mütləq 4,2 faiz çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ödəniş isə 2011-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 11,4 faiz artmışdır.
Qeyd edək ki, ötən il ərzində isə burada ümumilikdə 73,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş isə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 31,7 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2011-ci ilin eyni dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artmışıdr.
Mənbədən onu da bildirdilər ki, ötən ilin dekabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 24 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və araşdırma aparılaraq 33 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir.
Onu da qeyd edək ki, 2012-ci il ərzində isə burada 220 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 1 milyon 452,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 87,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 93 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Yeri gəlmişkən, müəssisənin xidməti ərazisində ötən il ərzində elektrik enerjisindən qeyri qanununi istifadə edən istehlakşılardan beşinin sənədləri tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, istehlakçılara xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə müəssənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və hazırda bu işlər davam etdirilir. Belə ki, ötən ilin son üçü ayı ərzində 400 metr yeni kabel xətti çəkilmiş, 6 və 10 kV-lik xətlərin 1,8 km-ə yaxını, 0,4 kV-lik xətlərin isə 2,2 km-i təmir olunmuşdur. Eyni zamanda ümumi gücü 8,7 MVA-ya yaxın olan 20-dən çox transformator əsaslı təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Sonda onu da qeyd edək ki, yerinə yetirilmiş əsaslı və cari təmir işlərinin nəticəsi olaraq qəza açılmalarının sayı demək olar ki, minimuma endirilib.