“ŞAMAXI EŞ”: ŞƏBƏKƏ QIŞA HAZIRDIR

Image

Ənənəvi xarakter alan təmir-bərpa və yenidənqurma işləri ölkənin bütün enerji obyektlərində uğurla yerinə yetirlir.

Qış mövsümünə hazırlıq çərçivəsində icra edilən bu tədbirlər Şamaxı şəhəri, eyni zamanda rayonun Məlhəm, Qızmeydan, Qəleybuğuruq və digər kəndlərindən də yan keçməyib. Şamaxı EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bu ərazilərdə aparılan təmir işlərinin  geniş vüsət aldığı diqqətə çatdırılır. Belə ki, ötən ilin son aylarında 35 kV-lik “Hacıqədirli” yarımstansiyasında 1000 və 1600 KVA transformatorlar dəyişdirilmişdir. Eyni zamanda 10 kV-lik “Bənövşə” HX-dən qidalanan 250 KVA, “Avaxıl” HX-dən qidalanan “Qəleybuğuruq” kəndində 100 KVA transformatorlar da əvəz edilmiş və onlara lazımi miqdarda transformator yağı da əlavə olunmuşdur. Bütün bunlarla yanaşı 35 kV-lik “Çuxuryurd” yarımstansiyasında yeni bir dəst vakuum açarı da quraşdırılmışdır.

Mənbəyə istinadən onu da qeyd edək ki, şəbəkənin xidməti ərazisində olan TM və KTM-lərdə müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən ümumi gücü 3 MVA-ya yaxın olan 8 transformator da təmir olunmuşdur.

Onu da qeyd etmək yerinə düşərdi ki, təmir işləri EVX-lərdən də yan keçməmişdir. Belə ki, şəbəkənin xidməti ərazisində 4 kilometrdən artıq 10, 6 və 0,4 kV-lik HEVX-lərdə naqillər dəyişdirilmişdir. Eyni zamanda bir kilometrə yaxın xətt SİP kabellə əvəz edilmişdir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, ötən ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 265 istehlakçının (bunun 235-i məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) elektrik enerjisindən istifadə qaydalarını pozması faktı qeydə alınmışdır. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 585,1 min  kilovatsaata yaxın (bunun 153,4 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 35,1 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində  həmin bu məbləğin 50 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, cari ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində 57,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 36,2 milyon kilavatsatdan çoxu daimi əhali istehlakçı qrupuna aiddir.

Sonda mənbə onu da bildirdi ki,  həyata keçirilmiş bütün bu işlər istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilmiş həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.