DAYANIQLIQ DAHA DA MÖHKƏMLƏNDİRİLİR

Image

Bu gün cəbhəyanı yaşayış məntəqələrinin elektrik enerjisi ilə daha keyfiyyətli və fasiləsiz şəkildə təmin olunması vacib məsələlərdəndir. Atəşkəsin tez-tez pozulduğu bu ərazilərdə enerji təchizatının dayanıqlığına xüsusi diqqət yetirilir. “Füzuli Elektrik Şəbəkəsi”nin kollektivi bu missiyanı layiqincə yerinə yetirməyə çalışır.

Sözügedən şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil oln məlumata görə, istər kəndlərdə, istərsə də yeni salınan qəsəbələrdə istismarın yüksək səviyyədə aparılması diqqətdə saxlanılır. Mövsümi tədbirlər də hər zaman vaxtında və keyfiyyətlə icra olunur. Payız-qış mövsü­münə hazırlıq tədbirləri çərçivəsində balansda olan 35/10 kilovoltluq yarımstansiyaların hamısında cari təmir işləri başa çatdırılıb. O cümlədən, bütün transformator məntəqələrinə baxış keçirilib və bu obyektlərdə də zəruri tədbirlər lazımi şəkildə icra olunub.

Qeyd edək ki, elekrtik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı aparılan mübarizə tədbirləri  dinamik xarakter kəsb edir. Qanun pozucuları (bu cür hallar əsasən, qeyri-əhali qrupu abonentlərində baş verir) haqqında akt tərtib edilir və ödənişə cəlb olunurlar.

Sonda onu da qeyd edək ki, xıdməti ərazi üzrə istehlak olunan elektrik enerjisinin uçot sisteminin dəqiq təşkil edilməsi məqsədilə sayğaclaşma işləri də əsasən başa çatdırılıb. Hazırda rayon mərkəzi funksiyasını daşıyan Horadizin enerji təchizatı da lazım olan şəkildə qurulub. Şəhərin ərazisi  tam kabelləşdirilib.