QABAQLAYICI TƏDBİRLƏR GÖRÜLÜR
Ötürücü və paylayıcı şəbəkələrdə işlər böyük vüsət alıb. Avadanlıqların ifrat yüklənmədən və digər arzuolunmaz təsirlərdən qorunması üçün, eyni zamanda itkilərin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
“Bağlar Elektrik Şəbəkəsi”ndən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xıdmətinə daxil olan məlumata görə, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 43 istehlakçının (bunun 41-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 56 min kilovatsaata yaxın (bunun 39,9 min kilovatsaatadan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,4 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 9 ayı ərzində aşkar edilmiş 523 qayda pozuntusuna (bunun 492-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) görə isə 1 milyon 236,2 min kilovatsaatdan artıq (bunun 790,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 74,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 60 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən bu enerji təsərrüfatının transformator məntəqələrində (TM) və 10, 6 və 0,4 kV-lik şəbəkələrinin mövcud vəziyyəti barəsində daxil olan məlumata görə, EŞ-in xidməti ərazisindəki 10 kV-lik “Məhəmmədi”, “Fatmai-2” və digər, 6 kV-lik “Novxanı-1”, “Bağ”, “Görədil bağ” və digər bir neçə hava xətlərində (HX) müəyyən dayaqlar arası naqil və həmin dayaqlardakı izolyatorlar da dəyişdirilmişdir. Eyni zamanda 0,4 kV-lik şəbəkələrdə də müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Bu qabaqlayıcı tədbirlər nəticəsində şəbəkələrin enerji ötürmə qabiliyyəti artırılmış, elektrik enerjisinin keyfiyyəti və təhlükəsizliyi daha da möhkəmlənmişdir.
Qeyd edək ki, hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan 10 TM-də də müxtəlif təyinatlı təmir işləri aparılmış, o cümlədən qoruyucular, 0,4 KV-lik açarlar quraşdırılmış və transformatorlara yağ əlavə edilmişdir. Eyni zamanda bir transformator da əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.