ZƏRURİ TƏMİR İŞLƏRİ GÖRÜLÜR
“Mingəçevir Elektrik Şəbəkəsi”ndə avadanlıqların istismar səviyyəsini yüksəltmək və xətlərin dayanıqlığını təmin etmək məqsədilə son aylar ərzində bir sıra işlər həyata keçirilib.
Sözügedən müəssisədən “Azərenerji” ASC”-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, Kür çayı sahilindəki parkda aparılan yenidənqurma işləri ilə əlaqədar energetiklər öhdələrinə düşən işləri vaxtında icra ediblər. 6 kV-lik 12 saylı hava xəttinin 21-22 saylı dayaqlararası hissənin 0,3 km məsafəsində kabel xətti yerin altına keçirilib. 6 kV-lik 15 saylı hava xəttindən qidalanan 6/0,4 kV-lik transformator məntəqəsindən Nigar Rəfibəyli küçəsinə çıxan 0,4 kV-lik zədəli yeraltı kabelin 500 metrə yaxın hissəsi dəyişdirilib.
Mənbəyə istinadən qeyd edək ki, 6/0,4 kV-lik 5 transformator məntəqəsi, 0,4 kV-lik EVX üzrə 4 km uzunluğunda xətt təmir edilib.
Onu da qeyd edək ki, yarımstansiya avadanlıqlarının istismarı və təmiri xidmətinin kollektivi də son aylarda məhsuldar çalışıb. Onlar yay mövsümündə 110 kV-lik yarımstansiyada 9 ədəd transformatoru təmirdən çıxarıblar. Həmçinin, xeyli sayda 110 və 10 kV-lik eleqaz, 220, 110, 35, 6-10 kV-lik yağ açarları təmir edilib. Sonda onu da qeyd edək ki, analoji tədbirlər davam etdirilir.