“SAMUX EŞ”: REYDLƏR KEÇİRİLİR

Image

İstehlakçılara göstərilən xidmətın keyfiyyətini daha da yaxşılaşdırmaq və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində əsaslı və cari təmir işləri yerinə yetirilir. Bu da öz növbəsində sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

“Samux” elektrik şəbəkəsindən (EŞ) “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan  məlumatda belə qeyd edilir və bildirilir ki, burada cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 29 istehlakçının sayğacın uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 384,9 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 23,1 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 36 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində keçirilmiş reydlər nəticəsində aşkar edilmiq qayda pozuntularına görə isə 227 ədəd akt tərtib olunmuşdur. Nəticədə 2 milyon 152,3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 129,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 67 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

Mənbədən cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri barəsində əldə etdiyimiz məlumata istinadən onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində olan 10, 6 və 0,4 kV-lik xətlərdə həyata keçirilən təmir işləri zamanı 24 dayaq duraşdırılmış və ümumi üzunluğu 2 kilometrə yaxın xətt əsaslı təmir olunmuşdur.

Yeri gəlmişkən, sözügedən dövrdə müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı iki transformatorda əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Sonda onu da qeyd edək ki, yaxın gələcəkdə enerjisistemin  dayanıqlığının daha da artırılması məqsədilə şəbəkənin balansında olan digər müxtəlif güclü TM və EVX-lərin də əsaslı təmir işləri davam etdirilir.