“FÜZULİ EŞ”: TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşımızda duran ən mühüm vəzifələrdir. Bütün bunlarla yanaşı elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.

“Füzuli” EŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin xidməti ərazisində cari ilin avqust ayında keçirilmiş reydlər zamanı 12 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 91,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 5,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğdən əlavə, ötən ayların aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, burada cari ilin 8 ayı ərzində keçirilmiş reydlər zamanı 86 qayda pozuntusu fakt aşkar olunmuş və nəticədə 1 milyon 81 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 64,8 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 72 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən cari ilin son üç ayı ərzində həyata keçirilmiş təmir işləri ilə bağlı əldə etdiyimiz məlumatda o da bildirilir ki, 110 kV-lik “Böyük Haramı” yarımstansiyasından çıxan 6 kV-lik Hospital; 35 kV-lik “Mahmudlu” yarımstansiyaından çıxan 10 kV-lik “Alıxanlı” HX-nin budaqlanmasında aparılan müvafiq tədbirlər zamanı ümumilikdə 3,2 km məsafə təmir edilmişdir.

Yeri gəlmişkən, müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən müxtəlif gücdə 20 transformator təmir edilərək şəbəkəyə qoşulmşdur.

Sonda onu da qeyd edək ki, enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilir.