1,6 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

Cari ilin iyun ayında ölkə enerjisistemində 1,6 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,4 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür.

Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib. Bununla yanaşı, ay ərzində - Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və İran İslam Respublikası qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin 6 ayı ərzinndə isə 11,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, İES-lərdə 9,9 milyard kilovatsaata yaxın, SES-lərdə isə 1,2 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.