BAKIDA MDB ELEKTROENERGETIKA ŞURASININ ICLASI KEÇIRILƏCƏK

Image

Aprelin 25-də Bakı şəhərində MDB Elektroenergetikası Şurasının 45-ci iclası keçiriləcək. “Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, iclasda Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan respublikalarının müvafiq qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, MDB-nin Elektroenergetika Şurası və onun iş orqanı olan İcra Komitəsi 1992-ci ilin fevral ayında Birliyin iştirakçı ölkələrinin hökumət rəhbərləri tərəfindən imzalanan MDB-nin elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin əlaqləndirilməsinə dair Müqaviləyə müvafiq olaraq formalaşdırılıb.

Onun əsas vəzifəsi - birləşmiş elektroenergetika sistemlərinin effektli fəaliyyəti əsasında dövlətlərin iqtisadiyyatını və əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində enerjisistemlərin fəaliyyətinin  koordinasiya etməkdən ibarətdir.

Yeri gəlmişkən, MDB  dövlətləri  elektroenergetika  şurasının  iclası Bakıda üçüncü dəfə   keçirilir. Birinci iclas 2004-cü ildə , ikinci iclas isə 2009-cu ildə keçirilmişdir.