DAYANIQLIQ TƏMİN EDİLİR

Image

Ötən ilin payız-qış  mövsümünə dair  tərtib olunmuş tədbirlər planı yerinə yetirilsə də “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ)  tabeliyində olan elektrik şəbəkələrində dekabr-yanvar aylarında əsasən cari təmirlərə üstünlük verilib. Nəticədə elektrik enerjisi verilişinin  dayanıqlığı və keyfiyyəti yaxşılaşıb.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son aylar elektrik verilişi xətləri (EVX) üzrə 650-yə yaxın izolyator və 39 kq-dan çox naqil yenisi ilə əvəz  olunub, metal dayaqlarda  qaynaqdan  qopmuş 94 metrə yaxın künclük yenidən  bərpa  edilib. Mütəmadi olaraq  davam etdirilən  işlərdən biri də hava xətlərinin trassasının ağaclardan təmizlənməsi olub.

Qeyd edək ki, regional şəbəkənin müxtəlif  coğrafi  ərazilərdə yerləşən yarım­stansiyalarında  yağ açarlarının təmiri, transformatorların dəyişdirilməsi və digər  avadanlıqların tə­zələnməsi həyata  keçirilib. 35 kV-lik «Vağzal­yanı-1», «Sadıllı», «Quşçuluq», «Süzgənc» və «Gən­cə çay» yarımstansiyalarında, habelə «Göygöl-2», «Yeni Qırlı», «Alabaşlı», «Sa­ratovka», «Tatlı», «Poylu Na­sos», «Şıxlı», «Yeniabad» və «Çinarlı»  yarımstansiyalarında müx­təlif gücə malik  transformatorlar və yağ  açarları təmirdən çı­xarılıb.  Bu­nunla yanaşı,  110 kV-lik «Gəncə-1» yarımstansiyası ilə   3 saylı 31,5 MVA transformatoru  əlaqələndirən kabel xətti kanala salınıb. 110 kV-lik «Bağban» yarımstansiyasında isə  2 saylı 10 MVA transformatorun 6 kV-lik şin  körpüsü quraşdırılıb, keçid izolyatoru  dəyişdirilib və yarımstansiyanın kontur torpaqlama  müqaviməti normaya  uyğunlaşdırılıb. 110 kV-lik «Zəyəm» yarımstansiyasında daimi sabit gərginliyi təmin etmək üçün ak­kumulyator  batareyaları quraşdırılıb. «Şampan-zavod» yarımstansiyasında 16 MVA transformator, 10 kV-lik giriş açarı, 10 kV-lik «Sahə» və «Dəllər» hava xətlərinin vakuum  açarları dəyişdirilib, şinləri təmir olunub.

Mənbəyə istinadən onu da qeyd edək ki, yeni təqvim  ilinin ilk ayında  “Gəncə Elektrik Şəbəkəsi”ndə  7 ədəd transformator məntəqəsində əsaslı, 9 ədəd  transformator məntəqəsində isə cari təmir  işləri görülüb.

“Samux”  EŞ-də bir ədəd  transformator təmirdən çıxarılmaqla 10 kV-lik hava  xəttində əsaslı və cari təmir işləri  görülüb.

“Ağstafa” və “Qazax” elektrik  şəbəkələrində də hava  xətlərində  və  transformatorlarda cari və əsaslı  təmir işləri görülüb. Şəbəkələrin kollektivləri zəruri  yerlərdə təmir işlərini davam etdirirlər.